AZ

Paytaxtda silsilə oğurluqlar edən 2 nəfər saxlandı



Paytaxtın Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib. Naməlum şəxs vətəndaşlardan birinin 2 ədəd notbukunu, digər zərərçəkənin isə 300 manat dəyərində təmir-tikinti alətlərini oğurlayıb.

Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən 38 yaşlı U.Orucovu müəyyən edərək saxlayıb.

Belə ki, Binə qəsəbəsində keçirilən tədbir nəticəsində isə satıcının alış-veriş edən digər müştərilərə diqqət yetirdiyini görüb mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı S.Mirzəyev də saxlanılıb.

Hər iki fakt üzrə araşdırma aparılır.

ZÜMRÜD

Seçilən
106
12
baki-xeber.com

10Mənbələr