AZ

Bakıda tanışlar yeyib içdilər, hesab üstündə dava etdilər TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakının Nizami rayonunda iki nəfər arasında hesab üstündə yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 9-da baş verib. Tovuz rayon sakini, 1988-ci il təvəllüdlü Fəxri həmin gün saat 22:00-da istirahət məqsədilə kafeyə gəlib. Orada olarkən əvvəllər tanıdığı Yunis (adlar şərtidir – red.) ilə orada təsadüfən görüşüb və birlikdə spirtli içki qəbul ediblər. Sonra kafenin çıxışında, küçədə Fəxri Yunisin hesabın ödənilməsini tələb etməsi səbəbi ilə aralarında mübahisə baş verib. 

Bu mübahisə zamanı o, qəsdən əli ilə Yunisin baş və qol nahiyələrinə bir neçə dəfə zərbələr vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Fəxrinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
demokrat.az

1Mənbələr