Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "VT Gəncə" komandasının prezidenti Hacıbala Əzimova 10 oyunluq cəza verib.
Bakıvaxtı.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna funksionerin "Xocalı" ilə matçda yaşananlar səbəb olub.
Sözügedən qarşılaşmada AFFA-nı və hakimləri təhqir edən H.Əzimov növbəti 10 oyuna buraxılmayacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.