AZ

İran dünyadan qopur: Qlobal internetə qadağa planı işə düşür 

The Guardian qəzetinin məlumatına görə, İran hakimiyyəti ölkəni qlobal internetdən ayırmaq planını mərhələli şəkildə həyata keçirməyə başlayıb. İlk addım olaraq, yalnız hökumət tərəfindən icazə verilən veb resurslardan ibarət “ağ siyahı” hazırlanır.

Bu siyahıya milli axtarış motorları, xəritə xidmətləri, daxili mesajlaşma tətbiqləri və yalnız dövlət senzurasından keçmiş məzmun yayımlayan yerli video platformaları daxildir. Qlobal platformalar isə siyahıdan kənarda saxlanılır.

İranlı rəqəmsal hüquqlar üzrə ekspert Əmir Rəşidi bildirib ki, ölkədə artıq hökumətin tam nəzarətində olan, funksiyaları məhdud və qlobal şəbəkə ilə demək olar ki, əlaqəsi olmayan daxili internetin fəaliyyət göstərir. Digər bir ekspert isə bu cür layihələrin İranda mövcud internetin tamamilə sıradan çıxarılmasına hazırlıq kimi qiymətləndirilə biləcəyini deyib.

Seçilən
41
veteninfo.az

1Mənbələr