AZ

Həmin müqaviləni imzala! - Bu liderlər Trampdan xahiş edəcək

G7 ölkələrinin liderləri ABŞ prezidentindən Ukrayna ilə təhlükəsizlik müqaviləsinin imzalamasını xahiş edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Bildirilir ki, Avropa liderləri Trampla Vladimir Zelenski arasında Davosda baş tuta biləcək görüşdə iştirak etmək niyyətindədirlər. Görüş gələn həftə baş tuta bilər.

Danışıqlara İtaliya, Almaniya, Fransa, Kanada və Böyük Britaniya liderləri, eləcə də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qoşula bilər.

Onlar Trampın Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı Paris bəyannaməsini təsdiqləməsinə çalışacaqlar.

Seçilən
118
publika.az

1Mənbələr