Bakı. Trend:
bp Azərbaycan-Gürcüstan-Türkiyə bölgəsindəki əməliyyatlarındaqazma məhlulunun təkrar emalı üçün tətbiq etdiyi innovativ yanaşmanəticəsində tullantıları əhəmiyyətli dərəcədə azaldıb və əməliyyatxərclərini optimallaşdırıb.
Xəzərdə qazma əməliyyatları mürəkkəb çöküntü qatlarından keçərək7000 metrədək dərinliyə çata bilir. Bu mürəkkəb qazma şəraiti həmqazma yolunda, həm də quyunun keçdiyi laylar boyunca dəqiq nəzarəttələb edir. Xüsusi hazırlanmış qazma məhlulları təzyiqin idarəolunmasında, şlamların daşınmasında, qazma baltasınınsoyudulmasında və yağlanmasında mühüm rol oynayır. Bu məhlullarbp-nin qabaqcıl qazma məhlulları müəssisəsində (AFF) qarışdırılır,sınaqdan keçirilir və idarə olunur. Tullantı qazma məhlulu datoplanaraq emal və utilizasiya üçün bu müəssisəyə qaytarılır.
bp mütəxəssisləri məhz bu tullantı qazma məhlulunun təkrar emalvə təkrar istifadə üçün yararlı olub-olmadığını müəyyən etmək üçünməlumat əsaslı metod hazırlayıblar. Bu metodda ağıllı sınaq vəavtomatik təhlildən istifadə olunur. Bu yeni proses tullantıməhlulun təhlil müddətini 90 dəqiqədən cəmi 15 dəqiqəyə endirir vəbeləliklə sürətli və etibarlı nəticələr əldə edilməsinə və qazmaəməliyyatlarının cədvələ uyğun davam etməsinə imkan yaradır. Əldəolan keçmiş məlumatlar və yalnız 2-3 əsas keyfiyyət göstəricisindənistifadə etməklə bu proqnozlaşdırıcı model 93–94% dəqiqlikləişləyir və buna görə də məhlulun təkrar istifadə yararlılığıhaqqında əminliklə və vaxtında qərar qəbul etməyə imkanyaradır.
Bu yanaşma 2023-cü ildən bəri xeyli faydalar gətirib:
- 20 000 bareldən çox qazma məhlulu təkrar emal edilib.
- Doklarda tullantıları gözləyən gəmilərin boş dayanma vaxtıazalıb.
- Tullantının tərkibindəki neft təkrar istifadə üçünayrılıb.
- Bu yanaşma bp-nin qlobal əməliyyatlarında tətbiq edilməyəbaşlayıb.
Bu layihə innovasiya və əməkdaşlığın necə tullantılarıazaldaraq, xərclərə qənaət edərək və səmərəliliyi artıraraqəməliyyatlarda real dəyərlər əldə etməyin mümkünlüyünü nümayişetdirir. Bu həm də onu göstərir ki, davamlılıq yalnız düzgün seçimdemək deyil — bu, ağıllı biznes qərarıdır.