ain.az bildirir, Lent az saytına əsaslanaraq.
Mərakeşin şimal-şərqindəki Ucda şəhərinə uzun illərdən sonra ilk dəfə qar yağıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, şəhər mərkəzində qarın qalınlığı iki santimetrə çatıb. Ətrafdakı kəndlərdə daha qeyri-adi bir vəziyyət yaranıb və onlar 10 santimetrə qədər qar altında qalıb.
Ucdada qış temperaturu adətən dörd ilə on dərəcə Selsi arasında dəyişir. Qar yağışı çox nadir hallarda olur. Müxtəlif mənbələrə görə, ərazidə sonuncu dəfə qar yığınları 14 və ya 25 il əvvəl müşahidə olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.