AZ

İran səfirliyinə hücum oldu: 4 nəfər saxlanıldı

Niderlandın siyasi mərkəzi olan Haaqa şəhərində yerləşən İran səfirliyinə hücum edilib.

Publika.az xəbər verir ki, bu barədə "NOS" məlumat yayıb.

Bildirilib ki, bir qrup şəxs İran səfirliyinin binasına daş atıb və hasarı aşmağa çalışıb. Hücum edənlərin binaya ziyan vurmaq niyyəti ilə hərəkət etdiyi və dörd nəfərin saxlanıldığı qeyd olunub.

Hadisədən sonra polis müvəqqəti olaraq səfirlik ətrafında əlavə təhlükəsizlik tədbirləri görüb.

Seçilən
109
publika.az

1Mənbələr