AZ

Kəramət Böyükçöl: “İrandakı hadisələr böyük bir oyunun tərkib hissəsidir”

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

İranda baş verın hadisələrə fərqli münasibətlər sərgilənir.

Gununsesi.info xəbər verir ki, yazıçı Kəramət Böyükçöl də bu barədə paylaşımlar edir.

O, ümumilikdə bunların hamısının bütövlükdə oyun olduğu qənaətindədir.

Bu barədə saytımıza açıqlamasında da deyib:

“Dünya böyük bir tamaşa salonudur. İrandakı aksiyalarda meyit şəkillərinə baxıram. O meyitlərin hamısı qurbanlardır. Ancaq öz oyunu olmayanlar. O meyitlər İranda molla rejiminə də lazımdır, hakimiyyətə gəlmək istəyənlərə də. Rejimə ona görə lazımdır ki, başqaları qorxsun. Rejimi dəyişmək istəyənlərə isə ona görə lazımdır ki, proses daha da böyüsün, emosiyalar artsın. İndi o meyitlər ən çox həm də Trampa lazımdır. Mən nə molla rejimini müdafiə edirəm, nə də ABŞ-ni” , – deyə o bildirib.

Böyükçöl, həmçinin deyib:

“İndi İranda elə adamlar var, oturub evdə, çölə çıxmır, amma molla rejiminin dəyişməsini ən çox arzulayan adamdır. Sadəcə qurban olmaq istəmir. Bəlkə də, rejim dəyişəndən sonra ən çox evdə oturanlar fayda götürəcək. Vəzifədə-zadda olacaqlar, ailəsi, uşaqları ən gözəl həyatı yaşayacaq. Qabağa düşüb qışqıranlar yenə də pis günündə yaşayacaqlar. Pis günündə yaşamaqlarının səbəbi təkcə ədalətsizlik, bəxt, tale deyil. Bir az da öz seçimləridir. Onların öz oyunları yoxdur. Onlar kiminsə oyununda təsadüfən sağ qalmış qurbanlardır. İranda evdə oturanlar bəlkə də çölə də çıxacaq, amma elə vaxt çıxacaq ki, ölüm təhlükəsi olmayacaq. Bir az qışqırıb-bağıracaqlar ki, guya bunun da payı var rejimin getməyində. Bu nədi? Bu da onun oyunudur. Bircə ölənlərin oyunu olmur. Onlar qurbanlardır. Bəlkə də, onların da oyunu varmış, amma alınmayıb”.

Maqsud

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
icma.az

1Mənbələr