"Qarabağ" yanvarın 16-da iki yoxlama oyunu keçirəcək.
Milli.Az xəbər verir ki, bu barədə klub paylaşım edib.
Belə ki, birinci yoxlama oyunu "Osiyek"lə "Calista Sports Center" stadionunda Bakı vaxtı ilə saat 12:00-da baş tutacaq.
İkinci görüş isə "Zaqlebie Lubin"lə "Gloria Sports Arena"da Bakı vaxtı ilə 19:00-da keçiriləcək.
Milli.Az