AZ

Paşinyan: Sərhəddə gömrük terminalı tikəcəyik

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ölkə sərhədlərdə gömrük və sərhəd terminalları tikmək niyyətindədir.

Vətəninfo.az xəbər verir ki, İrəvanda keçirilən təhlükəsizlik forumunda Paşinyan deyib ki, planlar çərçivəsində Türkiyə ilə sərhəddə bir neçə körpünün tikilməsi mümkündür. Söhbət xüsusilə “Marqara” və “Axurik” sərhəd-keçid məntəqələri yaxınlığında, eləcə də Naxçıvan sərhədində yerləşən “Yerasx” (Arazdəyən) bölgəsində gömrük və sərhəd terminallarının inşasından gedir.

Baş nazir həmçinin İcevan–Qazax istiqamətindəki infrastruktur layihələrinin həyata keçirilməsinin də nəzərdən keçirildiyini bildirib.

Seçilən
79
veteninfo.az

1Mənbələr