AZ

“Sabah”ın futbolçusu Avropa klublarından təklif alıb?

“Sabah”ın qapıçısı Stas Pokatilov Avropa klublarının maraq dairəsinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə oyunçunun vətəni Qazaxıstan mətbuatında xəbərlər dərc edilir. İddiaya görə, təcrübəli qolkiperə Rusiya və Ukrayna klublarından da maraq var.

33 yaşlı qolkiper bu mövsüm Premyer Liqada 16 oyunda 9 qol buraxıb və 8 dəfə qapısını toxunulmaz saxlayıb.

Hazırda “Sabah” rəhbərliyi onun çıxışından razıdır və qapıcıya yeni müqavilə təklif edib. Pokatilovun mövcud müqaviləsi mövsümün sonuna qədərdir.

Seçilən
65
idmanxeber.az

1Mənbələr