AZ

Reabilitaysiya mərkəzinin rəhbəri Nəsimi Nəbizadədən danışdı: “Telefonla danışdım, kontur yükləməyimi istədi...”

"Qurtuluş" Reabilitasiya Mərkəzində müalicə alan və yanvarın 8-də mərkəzi tərk edən jurnalist Nəsimi Nəbizadə hələ də Mərkəzə qayıtmayıb.

 

Bu barədə Pravda.az-a məlumat verən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov deyib ki, Nəsimi Nəbizadə ilə telefonla danışa bilib.

 

"Nəsimi Nəbizadə ilə telefonla danışmışam. Paltarlarını da özünə təhvil verəcəyik. Öz istəyi ilə nə vaxtsa reabilitasiya mərkəzinə gəlsə, gələr. Qapımız açıqdır. Gəlməsə də, özü bilər. Uşaq deyil ki, arxasınca düşək. Hazırda narkotik istifadə etməsi barədə dəqiq məlumatım yoxdur. Çox güman ki, istifadə edir. Qardaşı Sumqayıt polisi tərəfindən külli miqdarda narkotiklə həbs edilib. Nəsimi Nəbizadə telefonda dedi ki, qardaşımın işi ilə bağlı başım qarışıqdır, görüşəcəyik, söhbət edəcəyik. Təklif etdim ki, gəl, birlikdə hərəkət edək, mən də yanında olum. Dedi ki, edərik, telefonumu ver. Hələ telefonuna kontur yükləməyimi də istədi. Mən də razılaşdım” - C.Salmanov bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 14 Yanvar 2026, 15:14   
Seçilən
110
1
pravda.az

2Mənbələr