AZ

Uitkoff və Kuşner Putinlə görüşəcəklər

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner bu ay əzrində Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşə bilərlər.

Publika.az xəbər verir ki, bu barədə " Bloomberg" məlumat yayıb.

Bildirilib ki, mümkün görüşdə Ukraynaya təhlükəsizlik zəmanətləri müzakirə olunacaq. Həmçinin Uitkoff və Kuşnerin Rusiya prezidentinə sonuncu həll planlarının layihəsini təqdim etmələri gözlənilir.

İrandakı hadisələrə görə görüşün vaxtının dəyişə biləcəyi qeyd olunub.

Seçilən
68
publika.az

1Mənbələr