AZ

İranla gərginlik fonunda Netanyahunun təyyarəsi İsraildən çıxarılıb

İran və ABŞ arasında gərginliyin artmasından sonra İsrail Baş naziri Benyamin Netanyahunun səyahətləri üçün istifadə etdiyi təyyarə ölkədən çıxarılıb.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Netanyahuya təyin edilmiş "Sion Qanadları" adlı təyyarə İsrailin cənubundan havaya qalxaraq ölkəni tərk edib.

Məlumata görə, içərisində Netanyahunun olmadığı təyyarənin uçuş marşrutu ilə bağlı heç bir məlumat paylaşılmayıb.

Qeyd edək ki, ABŞ-nin İrana hücum ehtimalı ilə bağlı gərginliyin artmasından sonra Netanyahuya ayrılan təyyarənin ölkədən çıxarılması diqqət çəkib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
105
missiya.az

1Mənbələr