AZ

Qanazlığı yaddaşı və diqqəti zəiflədir? - Səhiyyə Nazirliyinin mütəxəssis eksperti aydınlıq gətirir

Bakı. Trend:

Qanazlığı bəzi hallarda yaddaş və diqqət problemlərinə səbəb olabilər.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssiseksperti, terapevt Nahid Məhərrəmov açıqlayıb.

Onun sözlərinə görə qanazlığı zamanı qanda hemoqlobinin azalmasıtoxumalara daşınan oksigenin miqdarını azaldır:

“Beyin oksigen çatışmazlığına xüsusilə həssas orqandır. Busəbəbdən xəstələrdə diqqət dağınıqlığı, unutqanlıq hissi müşahidəoluna bilər. Zehni yorğunluğun daha tez baş vermə ehtimalı var.Nəticədə iş qabiliyyəti və konsentrasiya zəifləyir”.

Mütəxəssis-ekspert bildirib ki, xüsusilə dəmir çatışmazlığıanemiyası bu əlamətlərlə daha sıx əlaqəlidir:

“B12 vitamini çatışmazlığı olan anemiyada yaddaş problemləridaha qabarıq özünü büruzə bilər. Fol turşusu çatışmazlığı da sinirsistemi funksiyalarına təsir edir. Bununla yanaşı, hər yaddaşproblemini yalnız qanazlığı ilə əlaqələndirmək düzgün deyil. Stressvə psixoloji gərginlik də oxşar əlamətlər yarada bilər”.

N.Məhərrəmov bildirib ki, yuxu pozğunluqları yaddaş zəifləməsinəsəbəb ola bilər:

“Qalxanabənzər vəzin xəstəlikləri də nəzərə alınmalıdır. Onagörə də yaddaş problemi olan xəstələrdə qan analizi və əlavəmüayinələr vacibdir”.

Məqalədə:
Seçilən
127
2
az.trend.az

8Mənbələr