AZ

Qızılın bir unsiyası 4 600 dolları keçdi, gümüş 90 dollar həddində: Azərbaycanda qiymətlərə təsir necədir?

Bakı. Trend:

Qlobal qiymətli metallar bazarında yüksəliş dinamikası davametdikcə, Azərbaycan bazarında da qızıl və gümüş məmulatlarınınqiymətlərində artım istiqaməti əsas xətt kimi qalır.

Bunu Trend-əaçıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimaiBirliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar vəqiymətli daşlar" üzrə Texniki Komitənin sədri, iqtisadçı RövşənƏmircanov bildirib.

Onun sözlərinə görə, qlobal qiymətli metallar bazarında yüksəlişdinamikası davam edir: “Qızıl rekord səviyyələrdədir və birunsiyası 4 600 ABŞ dollarını ötüb. Gümüş də yüksəlişini saxlayır —1 unsiyası 90 ABŞ dolları həddində ticarət olunur. Gümüşün sənayedəgeniş istifadəsi (elektronika, enerji, istehsal zənciri) və sondövrlərdə ona investisiya aləti kimi marağın artması qiymətlərindaha oynaq olmasına səbəb olan əsas amillər sırasındadır.

Bu proses Azərbaycan bazarında da özünü göstərir. Daxiliqiymətlər birbaşa dünya bazarındakı dəyişikliklərə həssasdır. Artımxüsusilə idxal məhsullarında daha tez hiss olunur: yeni partiyalaryüksəlmiş qiymətlərlə gəldiyi üçün vitrinlərdə qiymətlər operativyenilənir. Bununla yanaşı, bazarda bütün məhsullar eyni sürətləbahalaşmır — xüsusən əvvəlcədən alınmış və satışa çıxarılmış ağırçəkili zinət əşyalarında qiymət yenilənməsi daha çox mərhələli başverir”.

Qlobal qiymətli metallar bazarında yüksəliş Azərbaycanınzərgərlik məmulatları bazarına necə yansıyır?

R. Əmircanov belə olan halda Azərbaycanda sözügedən məmulatlarınqiymət dəyişimindən də danışıb. O bildirib ki, Azərbaycanda qızılvə gümüş məmulatlarının qiyməti dünya bazarındakı göstəricilərəəsasən formalaşır: “Buna görə də qlobal qiymətlər yüksələndə,daxildə qram üzrə əsas metal dəyəri artır və bu artım pərakəndəsatış qiymətlərinə də ötürülür.

Zərgərlik məmulatında pərakəndə qiymət təkcə metalın dəyəri iləmüəyyənləşmir: işlənmə və dizayn, qiymətli daşlarla bağlı məqamlarvə xidmət xərci də nəzərə alındığı üçün, mağazada görünən artımbəzən birjadakı artımdan daha yüksək ola bilər”.

Qarşıdakı dövrdəqiymətlərlə bağlı proqnoz

İdarə Heyəti sədrinin müavini yaxın dövr üçün əsasgözləntilərdən bəhs edərək qeyd edib ki, qlobal bazarda yüksəkqiymət səviyyəsi qorunduğu müddətdə Azərbaycanda da bahalaşma meylidavam edəcək: “Bununla yanaşı, bazarın təbiətinə uyğun olaraqqısamüddətli dalğalanmalar mümkündür: kəskin yüksəlişdən sonraqiymətlər müəyyən müddət sabitləşə və ya qısa geri çəkilmələrgöstərə bilər.

Gümüşlə bağlı proqnozlarda isə iki xətt daha çox ön plana çıxır:bir tərəfdən sənayedə geniş istifadə qiymətə əlavə dayaq verir,digər tərəfdən investisiya marağı artdıqca volatillik yüksəlir. Buda o deməkdir ki, gümüş bazarında hərəkət daha çevik ola, qiymətlərhəm sürətli yüksələ, həm də bazar xəbərlərinə həssas şəkildədüzəliş verə bilər”.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda2815 kiloqram qızıl hasil olunub. Dövlət Statistika Komitəsinin sonməlumatlarına əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə qızılhasilatı 248 kiloqram və ya 9,7 faiz artıb. Ötən ilin on bir ayıərzində Azərbaycanda 2567 kiloqram qızıl çıxarılmışdı.

Ötən ilin dekabr ayının 1-ə olan vəziyyətə görə ölkədə hazırqızıl ehtiyatlarının həcmi 155 kiloqram təşkil edib.

Bundan başqa, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 3506kiloqram gümüş hasil olunub ki, bu da əvvəlki ilin eyni dövrü iləmüqayisədə 441 kiloqram və ya 14,4 faiz çoxdur.

Ötən ilin dekabrın 1-nə olan vəziyyətə görə ölkədə hazır gümüşehtiyatlarının həcmi 885,3 kiloqram təşkil edib.

Məqalədə:
Seçilən
86
1
az.trend.az

2Mənbələr