ain.az, Axsham.az portalına istinadən məlumat verir.
Müğənni Samir Bağırov "APA"ya müsahibəsində gizli tərəflərindən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi numerologiya, ezoterika, öncəgörmə kimi maraqlı xüsusiyyətlərinin olduğunu etiraf edib:
"Numerologiya məni daha çox özünə çəkir, bəlkə, musiqidən daha çox. Cavan vaxtlarımdan bununla məşğulam. Onda hələ belə şeylərə inanmırdım və inanan insanlara qəribə baxırdım. Rusiya Musiqi Akademiyasında oxuyanda Moskvada kirayədə yaşayırdım. Evin sahibəsi Qenrietta Vasilyevna çox xanım-xatın, səliqəli, aristokrat insan idi. O mənə reinkarnasiya, keçmiş həyat, gələcək həyat və bu kimi şeylərdən danışmağa başladı.
Yaşlı qadın idi, mən də mədəni bir gənc. Sakitcə ona qulaq asırdım, amma tez danışıb qurtarmağını istəyirdim. Bakıdakı dostlar, valideynlərim də bilirdi ki, Moskvadakı ev sahibəm qəribə şeylərdən danışır. Artıq günün birində dözmədim, dedim, Qenrietta Vasilyevna, sizə hörmətim böyükdür, əgər belə güclü ekstrasenssinizsə, görmürsünüz ki, sizə inanmıram və candərdi qulaq asıram. Dedi, mən hər şeyi görürəm və bilirəm, amma sənə bunları danışmağım öz istəyim deyil. Barmağını göyə qaldırdı və yuxarını görsətdi. Dedi, sən seçilmiş insansan. Dedim, bilirəm, Allah mənə səs verib. Dedi, yox, sən qoca yaşında insanları xilas edəcəksən, onlara yol açacaqsan, imkan ver bunu sənə sübut edim.
Qenrietta Vasilyevna məni bir yerə apardı. Hipnozla bütün keçmiş həyatımı son dəqiqələrə qədər yaşadım. İndi də danışıram, tüklərim biz-biz olur... Onunla da içimdə hansısa pəncərələr açıldı. Həmin gündən daxilimdə müharibə başladı: səhnə, yoxsa numerologiya. Qorxurdum deyə, səhnəyə qaçırdım, sənətə üz tuturdum. Hərdən o güclər məni öz tərəfinə çəkirdilər... Bilirsiniz...".
Samir bildirib ki, sənətdən uzaqlaşmasına səbəb də bu olub:
"Axı Qenrietta Vasilyevna mənə demişdi, qoca yaşında... 60-a yaxınlaşıram... Çox qorxurdum deyə, musiqiyə sığındım. Pandemiya vaxtı isə birmənalı numerologiya məni özünə çəkdi və buraxmadı. Hətta əvvəl ümumiyyətlə musiqi ilə vidalaşıb o sahəyə keçməyi düşünürdüm. İndi isə belə fikirləşmirəm. Qərara almışam ki, musiqi ilə numreologiyanı birləşdirib yeni cığırla addımlamalıyam. Buna ezoterika desək, daha aydın olar.
Hər şey çox yaxşı olacaq. Bizi gözəl dünya gözləyir. İki il böhran, bütün dünyada xaos hökm sürəcək, amma sonra hər şey düzələcək. Pis insanlar özünü dəyişməlidir".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.