AZ

Bakıda 7 milyon manata həyət evi satılır

Bakıda 7 milyon manata həyət evi satılır.

“Yeni Sabah” xəbər verir ki, villa paytaxtın Xəzər rayonunun Mərdakan qəsəbəsində yerləşir.

Qəsəbənin prestijli ərazidə yerləşən, müasir memarlıq üslubunda inşa edilən bağ evi 6 otaqlıdır.

Ümumi 411 kvadrat metr yaşayış sahəsinə malik olan villa 8,2 sot torpaq sahəsində tikilib və çıxarışlıdır.

Evin layihələndirilməsində genişlik və işıq əsas götürülüb: panoramik pəncərələr, hündür tavanlar və açıq planlı interyer villaya xüsusi zövq qatır.

Villanın ən böyük üstünlüklərindən biri isə dəniz mənzərəsidir. Həm həyətindən, həm də otaqlardan Xəzəri izləmək mümkündür.

Həyət sahəsi xüsusi zövqlə abadlaşdırılıb. Burada istirahət zonası, hovuz və ailəvi vaxt keçirmək üçün geniş imkanlar yaradılıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
120
yenisabah.az

1Mənbələr