AZ

Bakıda bu stadion TƏMİR OLUNACAQ

Azərbaycan İdman Akademiyası balansında olan stadionun əsaslı təmiri ilə bağlı satınalma elan edib.
ONN media-nın məlumatına görə, məqsəd stadion ərazisində köhnəlmiş infrastrukturun yenilənməsi və istifadəyə yararlı vəziyyətə gətirilməsidir.
Təmir işləri stadionun təhlükəsizlik səviyyəsini artıracaq, idmançıların və tamaşaçıların rahatlığını təmin edəcək, eyni zamanda idman tədbirlərinin daha keyfiyyətli keçirilməsinə şərait yaradacaq.
Yenilənmiş stadion Akademiyada tədris və idman prosesinin səmərəliliyinə də müsbət təsir göstərəcək.

Seçilən
53
1
onn.az

2Mənbələr