AZ

Biləcəridə ACINACAQLI HAL - Ağacları kütləvi məhv edən kimlərdir?

Bakının Binəqədi rayonu ərazisində ekoloji narahatlıq doğuran vəziyyət yaranıb.
ONN media-nın məlumatına görə, söhbət Biləcəri qəsəbəsi, Xurşudbanu Natavan küçəsində yerləşən meşəlik ərazidə uzun illərdir mövcud olan ağacların kütləvi şəkildə məhvindən gedir.
Sözügedən ağacların böyük əksəriyyəti sovet dövründə əkilib və illər boyu qəsəbənin ekoloji balansında mühüm rol oynayıb. Yerli sakinlərin sözlərinə görə, bu yaşıllıq ərazi Biləcəriyə xüsusi gözəllik verir, havanın təmizlənməsində və oksigenlə zənginləşməsində əhəmiyyətli rol oynayırdı.
Hazırda isə naməlum şəxslər tərəfindən ağacların kəsildiyi və ya zədələndiyi müşahidə olunur. Sakinlər bildirirlər ki, ağacların bir hissəsi məqsədli şəkildə məhv edilir və müdaxilə nəticəsində çürüyərək yerə aşır. Bu proses hər gün davam edir və yaşıllıq sahəsi getdikcə məhv olur.

Seçilən
100
2
onn.az

2Mənbələr