ABŞ prezidenti Donald Tramp İranla bağlı siyasətində əsas məqsədini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə "CBS" televiziyasına müsahibəsində danışıb.
"Əsas məqsəd qələbədir. Mən qalib gəlməyi sevirəm", - deyə ABŞ lideri qeyd edib.
Tramp qələbə deyərkən nəyi nəzərdə tutduğunu açıqlamayıb, lakin o, Venesuela əməliyyatını, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin və İran generalı Qasım Süleymaninin öldürülməsini, eyni zamanda, İranın nüvə infrastrukturuna hücumu nümunə kimi göstərib.