“Bizim strategiyamız ondan ibarətdir ki, Ermənistanı Avropa İttifaqının standartlarına cavab verən bir ölkəyə çevirmək yolunda çox qətiyyətli və aydın addımlar atmalıyıq”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan eyni zamanda vurğulayıb ki, Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqında (Aİİ/EAEU) paralel üzvlük mümkün deyil. Bununla belə, onun sözlərinə görə, hazırda bu iki yol arasında seçim etmək imkanı hələ də mövcuddur.
“Hazırda biz Aİİ-nin üzvüyük və eyni zamanda Aİ-yə üzvlük istiqamətində irəliləyirik. Bu mümkün olduğu müddətdə Avrasiya İqtisadi İttifaqında qalacağıq. Bu artıq mümkün olmayanda isə Ermənistan xalqının azad iradəsinə əsaslanan qərar qəbul edəcəyik”, – deyə Paşinyan qeyd edib.
Aliyə