AZ

Azərbaycanda əkin sahələri üzrə aqrar sığorta ödənişləri 70% artıb

Bakı. Trend:

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrarsığorta mexanizmindən faydalanan təsərrüfatların sayı və həyatakeçirilən zərər ödənişləri artmaqdadır.

Trend AqrarSığorta Fonduna istinadən xəbər verir ki, 2025-ci il ərzindəmüxtəlif hadisələr səbəbindən zərərlə üzləşən fermer vətəsərrüfatlara ümumilikdə 9,2 milyon manat sığorta ödənişi edilib.Bu 2024-cü ilin ödənişləri ilə müqayisədə 44%, 2023-cü illəmüqayisədə isə 2,1 dəfə artıqdır.

Xatırladaq ki, Aqrar Sığorta Fondu 2023-cü ildə 4,4 milyonmanat, 2024-cü ildə isə 6,4 milyon manat sığorta ödənişi həyatakeçirmişdi.

2025-ci ildə əkin sahələrində baş verən hadisələr üzrə fermer vətəsərrüfatlara 8,8 milyon manat sığorta ödəniş edilib. Bu 2024-cüillə müqayisədə 70%, 2023-cü ildəki ödənişlərə nisbətən 2,5 dəfəartıqdır.

Ötən il Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıqtəsərrüfatlarında baş vermiş zərərlər üzrə 394 min manat sığortaödənişi edilib.

2025-ci ildə Aqrar Sığorta Fondu tərəfindən sığortalanan 41bitki növündən 26-sı üzrə sığorta ödənişi həyata keçirilib.

Ötən il buğda və arpa sahələri üzrə ümumilikdə 5 milyon 175 minmanat sığorta ödənişi həyata keçirilib. Bu 2024-cü illə müqayisədə2 milyon manat və ya 63% artıqdır. Pambıq sahələri üzrə ödənişlərisə 958 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 72min manat və ya 8% artıqdır.

Taxıl bitkiləri və pambıqdan sonra ən çox aqrar sığortaödənişləri şaftalı, qarğıdalı, badam, günəbaxan, tütün, alma,armud, üzüm v ərik bitkiləri üzrə həyata keçirilib.

Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizmi dövlətdəstəyi ilə həyata keçirilir. Fermerlərə dəstək üçün sığortahaqqının 50%-ni dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödənişetməklə əkin sahələrini sığortalayırlar.

Hazırda bütün ölkə ərazisində payızlıq taxıl əkinləri və meyvəbağlarıın sığortalanması prosesi davam edir. Aqrar Sığorta Fondufermer və təsərrüfat sahiblərini dövlətin dəstəyindən faydalanmağavə əkin sahələrini vaxtında sığortalamağa çağırır.

Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərinsığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonlaödəməsi imkanı yaradılıb.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri vətarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində«Bitkiçilikməhsulları» bölməsində ətraflı tanış olmaq, sığortahaqqını isə «Bitkiçilikkalkulyatoru» vasitəsilə hesablamaq mümkündür. Əlavəməlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Məqalədə:
Seçilən
109
10
az.trend.az

10Mənbələr