Bakı, 14 yanvar, AZƏRTAC
İngiltərənin “Aston Villa” komandasının futbolçusu Donyell Malen karyerasını İtaliyada davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 26 yaşlı niderlandlı hücumçu icarə əsasında “Roma”da çıxış edəcək. Bunun üçün qarşı tərəfə 2 milyon avro ödəniləcək.
Donyell Malen “Aston Villa”nın heyətində 29 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.