AZ

ARB dəki bu söyüşə görə ara qarışdı: Müzakirəyə dəyməz! VİDEO

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Audiovizual Şuranın qərarına əsasən “ARB” kanalının yayımı müvəqqəti dayandırılıb. Bildirilib ki, yanvarın 10-da kanalın efirində saat 23:00-23:55 arası yayımlanan “Səkkiz” serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib və bu səsləndirmə yayım zamanı texniki vasitələrlə məhdudlaşdırılmayıb.

Seriallarımızda belə kadrların olmasının hansı fəsadları ola bilər?

Globalinfo.az-a danışan Xalq artisti Afaq Bəşirqızı deyib ki, bu, rejissorun ssenarisi və aktyorun obrazıdır:

“Əgər bu, obrazdan irəli gələn bir vaciblikdirsə, məsələyə qarışa bilmərəm. Məşqlərlə məşğul olduğum üçün serialı izləməmişəm, amma anladığım odur ki, vəziyyətə görə belə alınıb. Bu cür məsələ müzakirəyə dəyməz, çünki bu, yaradıcılıq işidir”.

Media eksperti Qulu Məhərrəmli bildirib ki, hər hansı televiziya kanalının yayımının müvəqqəti dayandırılması xoşagələn hadisə deyil:

“Çünki tamaşaçı auditoriyası böyükdür, gözlənilən verilişlər var və belə hallar müəyyən narahatlığa səbəb olur. Həmin parçalar artıq “YouTube” və sosial şəbəkələrdə paylaşılıb, vətəndaşlar təxminən bilirlər ki, hansı epizod buna səbəb olub. Seriallarda belə məzmunlu epizodların olması situativ nitq kimi başa düşülə bilər. Kino və teatrda da bəzi dramatik situasiyalar müəyyən sözlərin istifadəsini tələb edir. Əlbəttə, daha uyğun ifadələr seçmək mümkündür, amma bu, heç kim tərəfindən tam qadağan edilə bilməz. Rejissor və ssenarist belə epizodları çəkərkən müəyyən dramatik effekt yaratmaq istəyib”.

Professor qeyd edib ki, bu cür hallarla bağlı texniki həllər mövcuddur:

“Məsələn, söhbət qısa texniki siqnallarla batırıla bilər ki, tamaşaçı üçün problem yaranmasın. Efir redaktoru materialı yoxlayır və efir qovluğuna göndərir. Burada görünür ki, diqqətsizlik olub və bir nəfərin səhvi bütün kollektiv üçün problem yaradıb. Arzu edirik ki, belə hallar təkrarlanmasın”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr