Bakı-Sumqayıt yolunda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, hadisə magistralın Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, qəza zamanı xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbləri müəyyənləşdirilir.
****
Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yanvarın 14-də saat 12:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt yolunda qəzanın baş verməsi səbəbi ilə çağırış qeydə alınıb:
“Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan üç nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və onlar bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar”.