“Kəpəz”in futbolçusu Cefferson Bentunun komandanı yarıyolda qoyduğunu yazmışdıq.
Belə ki, yeni il istirahəti üçün vətəninə yollanan braziliyalı mərkəz müdafiəçisi Gəncəyə qayıtmayıb, belədə klubun onun üçün aldığı dönüş bileti də batıb.
Təbii ki, bu, keyfiyyətsiz legionerlər və bir çoxu təcrübəli olsa da, özünü yaxşı tərəfdən göstərə bilməyən yerli futbolçular ilə premyer-liqada qalmaq uğrunda çarpışan “sarı-göylər” üçün xoş xəbər deyil.
Bentu hələ də qayıtmayıb. Bu barədə “Football-plus.az”a “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Gəray Qiyasov məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, Bentuya yanvarın 16-dək vaxt verilib. Gəlməsə və ya gələcəyi günü bildirməsə, FİFA-ya şikayət göndəriləcək.
Xatırladaq ki, Bentu ötən ilin yayından “sarı-göylər”in formasını geyir. O, premyer-liqada 16 oyun keçirib.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta