AZ

Politico: “Aİ Qrenalandiyada strateji səhv buraxıb”

AzVision.az xəbər verir ki, Danimarkanın keçmiş Xarici İşlər naziri, hazırda isə Avstraliyanın “Energy Transition Minerals (ETM)” şirkətinin müşaviri Yeppe Kofod “Politico” nəşrinə açıqlamasında belə deyib.

Çinlə tərəfdaşlıq edən ETM dağ-mədən şirkəti “Kvanefelde” yatağında strateji metalların hasilatına başlamağa hazırlaşır. Yataqda külək turbinlərinin, elektromobillərin və yüksək texnologiyalı hərbi texnikanın istehsalı üçün lazım olan nadir torpaq elementlərinin böyük ehtiyatları var.

Nəşr Kopenhagenin və Qrenalnadiya hökumətinin, habelə Brüsselin bu cür layihələri inkişaf etdirmək fürsətindən yararlanmadığına diqqət çəkir.

“2009-cu ildə Danimarka Qrenlandiyanın təbii sərvətlərinə nəzarəti adanın sakinlərinə verib, lakin 12 ildən sonra yerli hakimiyyət nadir torpaq metallarının tərkibində radioaktiv uran olduğuna görə mədən işlərini bloklayıb. ABŞ və Çinin artan xarici siyasət rəqabəti kontekstində Avropanın Qrenlandiyanın sərvətlərinə etinasız yanaşması, ekspertlərin fikrincə, getdikcə strateji səhvə bənzəyir”,- qəzet yazır.

Tramp Qrenlandiyanı hədələyib
Hazırda adada yalnız iki kiçik mədən fəaliyyət göstərir - biri qızıl, digəri isə şüşə və keramikada istifadə olunan feldispat istehsal edir. Son vaxtlara qədər nə Danimarka, nə də Avropa İttifaqı (Aİ)istehsalın genişləndirilməsinə ciddi maraq göstərmirdilər.

Yalnız 2023-cü ildə Aİttifaqı Qrenlandiya hökuməti ilə mineral layihələr üzrə əməkdaşlıq memorandumu imzaladı və Aİ-nin müdafiə sektoruna metal tədarükünü artırmaq üçün “Malmberq” molibden mədəninə vəsait ayırmağı öhdəsinə götürdü. Lakin ABŞ prezidenti Donald Trampın adaya nəzarəti güc yolu ilə ələ keçirmək təhdidləri və qrenlandiyalıların mədənçiliklə bağlı məhdud veto hüququ fonunda“Avropa axşam ziyafətinə gecikə bilər”.

Maraqlıdır ki, 2007-ci ildə ABŞ-nin Qrenlandiya və onun ərazi sularında 30 milyard bareldən çox neft-qaz ehtiyatı olduğunu təxmin etməsinə baxmayaraq, “Chevron”, “ENI” və “Shell” şirkətləri tərəfindən aparılna otuz illik kəşfiyyat işləri heç bir nəticə verməyib. 2021-ci ildə isə Qrenlandiya hökuməti ekoloji səbəblərə görə əlavə neft kəşfiyyatını qadağan edib.

Aİ resursların inkişafı üzrə Qrenlandiya ilə əməkdaşlığı davam etdirir. Avropa Komissiyasının (AK) nümayəndəsi isə bildirib ki, adanın mineral ehtiyatlarının taleyi Qrenlandiya xalqından və onların təmsilçilərindən asılıdır.

- Lakin ABŞ daha az ehtiyatlı ola bilər. Vaşinqtonun Nikolas Maduronu ələ keçirmək üçün Venesuelada bu yaxınlarda keçirdiyi əməliyyat Trampın təbii ehtiyatlara nəzarətin təmiantında güc tətbiqinə və beynəlxalq normaları pozmağa hazır olduğunu nümayiş etdirdi. Beləliklə, neft və nadir torpaq elementləri ehtiyatları ilə zəngin oaln Qrenlandiya onun konsepsiyasına mükəmməl şəkildə uyğun gəlir”,- “Politico” nəşri vurğulayır.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
191
3
azvision.az

4Mənbələr