AZ

Yasamalda qazinin ev növbəsi 3 ildir həll olunmur İcra Hakimiyyəti nə istəyir?

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

44 günlük Vətən müharibəsi iştirakçısı, 3-cü qrup əlil, qazi Əliyev Şamxal Baba oğlu ev növbəsinə daxil edilməməsi ilə bağlı problemlər yaşayır.Bunu Demokrat.az-a açıqlamasında qazi Şamxal Əliyev deyib. O bilirib ki,  Prezidentin müvafiq sərəncamına əsasən, qazilər ev növbəsinə durmalıdırlar:“Mən bir neçə dəfə müraciət etməyimə baxmayaraq, Yasamal Rayon İcra Hakimiyyəti məni ev növbəsinə daxil etmir. Onlara dəfələrlə yazılı müraciət göndərmişəm, lakin cavab olaraq mənə rədd cavabı verilib. Daha sonra məndən inzibati məhkəməyə müraciət etməyim istənildi. İnzibati məhkəməyə müraciət etdim və qalib gəldim. Apellyasiya məhkəməsində də qərarım təsdiqləndi. Məhkəmə tərəfindən Yasamal RİH-ə məktublar göndərildi, xəbərdarlıqlar edildi və bildirildi ki, məhkəmə qərarını icra etməsələr, 50 min manata qədər cərimə tətbiq oluna bilər. Buna baxmayaraq, hələ də qərar icra olunmur. Hər dəfə əsassız bəhanələr gətirirlər və qanunla nəzərdə tutulan heç bir əsas təqdim edə bilmirlər. Mən artıq 3 ildir məhkəmələrdə sürünürəm. Ailəliyəm, bir övladım var və ikinci övladım tezliklə dünyaya gələcək. Kirayədə qalmaq çox çətindir və çıxış yolu olmadığı üçün məsələni ictimailəşdirmək məcburiyyətindəyəm”.Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Mövqeylərini dərc etməyə hazırıq.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
demokrat.az

1Mənbələr