AZ

Xorvatlar və polşalılar "Qarabağ"a rəqib oldu - Bir gündə

Antalyada təlim-məşqt toplanışında olan "Qarabağ"ın yoxlama oyunu keçirəcəyi daha bir rəqib bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qurban Qurbanovun komandası yanvarın 16-da Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Ağdam klubu həmin günPolşadan "Zaqlebye" ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.

"Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub etmişdi.

Seçilən
20
sportinfo.az

1Mənbələr