AZ

İcra başçısı əməliyyat olunan şəhid atasını ziyarət edib (FOTO)

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev səhhətindəyaranan problemlərlə əlaqədar əməliyyat olunan şəhid atası RüstəmRüstəmovu evində ziyarət edib.

İcra başçısı şəhid atasının sağlamlıq durumu və qayğıları iləmaraqlanıb, ona şəfa diləyib, hər zaman onların yanında olduğunubildirib.

Rüstəm Rüstəmov şəhid ailələrinə göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərintəşəkkürünü bildirib.

Qeyd edək ki, Rüstəm Rüstəmovun oğlu — şəhid Vüsal Rüstəmov 44günlük Vətən müharibəsinin iştirakçısı olub. O, lokal xarakterliantiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Vüsal Rüstəmov Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”,“Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasınagörə”, “Vətən uğrunda” medalları, həmçinin III dərəcəli “Vətənəxidmət” ordeni ilə təltif edilib.

İcra
İcra
İcra
İcra
İcra
İcra
İcra
İcra
İcra
Seçilən
53
az.trend.az

1Mənbələr