AZ

“Xamineyi ya öldürüləcək, ya da Moskvaya qaçacaq”

Son günlər İranda baş verən hadisələr dünyanın diqqət mərkəzindədir.

Tribuna.az xəbər verir ki, əhalinin etiraza qalxması və molla rejiminin getməsi tələbi ilə çıxması qanlı hadisələrlə müşahidə olunub.
Belə ki, gələn xəbərlərə görə, aksiyanı yatırmaq üçün İran rejimi dinc etirazçılara atəş açıb və nəticədə xeyli sayda insan həlak olub. İsrailin əsas kəşfiyyat orqanı olan MOSSAD bildirib ki, təxmini hesablamalara görə, İranda 16 gün ərzində 5000 nəfərə yaxın dinc etirazçı öldürülüb.
Bəzi mənbələr bunun 2000, bəziləri isə 700 nəfərə yaxın olduğunu qeyd edib. Lakin “İran Beyənxlaq Reaksiya Hərəkatı” bəyan edib ki, İranda öldürülən dinc etirazçıların sayı 12 min nəfərdən çoxdur.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılmış videolardan da aydın görünür ki, ölüm sayı çoxdur. Lakin konkret olaraq nə qədər insanın qətlə yetirildiyi barədə qəti rəqəm demək də çətindir.
Eyni zamanda, İranda baş verən hadisələrə xarici reaksiyalar da çox maraqlıdır. ABŞ prezidenti Donald Tramp İrana qarşı sərt addımlar atacaqlarını bildirib. O, dünən bütün iranlıları küçələrə çıxmağa və etirazları davam etdirməyə çağırıb. Həmçinin Tramp dövlət binalarını tutmalarını da onlardan istəyib. Yekunda isə “yardım yoldadır” fikrini səsləndirib.
Böyük Britaniyanın MI6 kəşfiyyat qurumunun keçmiş baş direktoru isə bildirib ki, hadisələr İran rejiminin sonu deməkdir. “Bu, İslam Respublikası rejiminin sonudur. Liderin rəhbərliyi altında bu vəziyyətdən çıxış yolu yoxdur”.
ABŞ-ın Respublikaçılar Partiyasından olan senatoru Lindsi Qraham isə İranda hakimiyyətin dəyişəcəyini bildirib. O iddia edib ki, İranın dini liderinin aqibəti yaxşı olmayacaq. “Xamineyi ya öldürüləcək, ya da Moskvaya qaçacaq. Lakin orada da o təhlükəsizlikdə olmayacaq”.
Seçilən
118
yenilik.az

1Mənbələr