AZ

41 yaşlı cərrah Taylandda vəhşicəsinə ÖLDÜRÜLDÜ – FOTO

Təcavüzün şahidi olan cərrah oteldə öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyalı turist Taylandda qətlə yetirilib. Krasnoyarskdan olan cərrah küçədə bir qızın zorlanmasının şahidi olub və bu səbəbdən hədəfə alınıb. Onu izləyərək Pattayadakı otel otağına soxulublar və döyərək öldürüblər.

Məlumata görə, 41 yaşlı Timofeyin meyiti “Comtyen” elitar rayonundakı “Devari” otelinin nömrəsində aşkarlanıb. Onda ağır kəllə-beyin travması və çoxsaylı sınıqlar qeydə alınıb.

O, yanvarın 6-da təkbaşına istirahətə gəlib və məhkəmə-tibbi ekspertizasının rəyinə görə, elə həmin gün dünyasını dəyişib.

Anasının sözlərinə görə, Timofey gəldikdən az sonra evə zəng edib və söhbət əsnasında küçədə gedərkən bir kişinin qadını kolluğa sürüyərək zorladığını gördüyünü deyib. Bundan sonra turistlə əlaqə saxlamaq mümkün olmayıb.

Sığorta cənazənin daşınmasını qarşılamayıb. Lakin cərrahın illər ərzində həyatını xilas etdiyi yüzlərlə xəstə və həmkarları cənazənin ölkəsinə gətirilməsi üçün lazım olan məbləği toplayıblar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
121
interpress.az

1Mənbələr