AZ

ABŞ neft qiymətlərinə dair proqnozunu yüksəldib

ABŞ cari il üzrə neft qiymətləri ilə bağlı proqnozunu artırıb.

AZƏRTAC Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, bu il “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 55,87 dollar olacağı nəzərdə tutulur. Ötənaykı proqnoz 55,08 dollar/barel idi.

“Light” markalı xam neftin orta qiymətinin isə cari ildə 52,21 dollar/barel gözlənilir. Ötən ay üzrə proqnoz 51,42 dollar/barel olmuşdu.

EIA gələn il üçün “Brent”in orta qiymətinin 54,02 dollar/barel, “Light”ın qiymətinin isə 50,36 dollar/barel təşkil edəcəyini nəzərdə tutur.

Seçilən
88
2
azerbaijan-news.az

3Mənbələr