AZ

Regionlarda ekoloji maarifləndirici görüşlər keçirilib

Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən “Tullantıların ekoloji cəhətdən səmərəli idarə olunması və təkrar emal” mövzusunda maarifləndirici görüşlər keçirilib. 

Cəbrayıl rayonu N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində və Lerik rayonu Sivəkəran kənd məktəbində keçirilən görüşlərdə şagirdlərə tullantıların növləri, düzgün çeşidləmə, təkrar emal prosesi və bu istiqamətlərdə görülə biləcək tədbirlər, həmçinin ətraf mühitin qorunmasının vacibliyi, təbii ehtiyatlardan düzgün və səmərəli istifadənin yolları izah edilib. Eyni zamanda, ölkə ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər barədə ətraflı məlumat verilib. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.  
Ekologiya.az bildirir ki, maarifləndirici görüşlərin əsas məqsədi uşaqlarda ekoloji biliklərin zənginləşdirilməsi, ətraf mühitin qorunmasının vacibliyinin aşılanması, sağlam ekoloji davranış vərdişlərinin formalaşdırılmasıdır.
Seçilən
27
ekologiya.az

1Mənbələr