AZ

Restoranda içib sərxoş oldu, müdiri söydü - İş yoldaşı videoya çəkib rəhbərliyə göndərdi

Bakıda iş yerində 9 nəfər birləşərək iş yoldaşlarını döyüblər.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hadisə böyük şirkətlərdən birində baş verib.

Orxan Nəcəfov və Sübhan Qulamov (ad-soyadlar şərtidir) bir yerdə işləyiblər. Onlar yeyib-içmək üçün Bakıdakı restoranlardan birinə gediblər, spirtli içki qəbul ediblər.

Nəticədə O.Nəcəfov sərxoş olub. İş məsələsi ilə bağlı danışan zaman o, iş yerindəki şəraitdən narazılığını bildirib, buna görə rəhbərliyi günahlandırıb və söyüb.  

Bundan sonra onlar arasında dava düşüb, bir-birlərini döyüb xəsarət yetiriblər. O.Nəcəfovun işləri sınıb, dodaqları partlayıb. Sübhan Qulamov iş yoldaşına bıçaqla da yüngül xəsarət yetirib.  

S.Qulamov O.Nəcəfovun sərxoş olduğunu fürsət bilərək onun dediklərini, daha dəqiqi müdiri söyməsini gizli şəkildə videoya çəkib. O, həmin görüntüləri növbəti gün rəhbərinə göndərib.

Bundan sonra iş yerində 9 nəfər birləşərək Orxan Nəcəfovu döyüb və ləyaqətini alçaldıb.

Ekspertiza və müstəniq rəyinə əsasən, Orxan Nəcəfovun döyülməsi yüngül xəsarət olaraq qeyd edilib. Videonu lentə alan Sübhan Qulamov isə günahını etiraf edib və hakimdən əfv olunmasını istəyib. Nəticədə hakim amnistiya maddəsinə əsaslanaraq, şikayətə xitam verib.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
14
2
yenisabah.az

3Mənbələr