AZ

Şəbnəm ad gününə gəlmələri üçün onlara pul ödəyib?

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müğənni Şəbnəm Tovuzlu bir çox Xalq artistinin ad gününə qonorar qarşılığında gəlməsi iddialarına cavab verib. 

Axşam.az xəbər verir ki, bu haqda "İncə səhər" verilişində danışan Şəbnəm heç kimə pul ödəmədiyini deyib:

"Sənət dostlarımın heç birinə pul ödəmədim. He biri məndən bir qəpik də almadı. Röya ilə aramızda bir çox ortaq dostlarımız var. Namiq Qaraçuxurlu ilə tez-tez el şənliklərində oluruq. Nazpəri xanım illər əvvəl konsertimə gələ bilməmişdi, bu dəfə dedi, səni tək qoymayacağam. Məleykə Əsədova oğlumun kiçik toyunda, ad günümdə yanımda oldu. Miri Yusif, Elnur Məmmədov dostumdur, bir qəpik almadılar".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
3
axsam.az

3Mənbələr