Bakı.Trend:
2025-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda 7milyon 640 mindən çox sərnişinə xidmət göstərilib.
Trend xəbərverir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuatxidməti məlumat yayıb.
Bildirilib ki, beynəlxalq istiqamətlər üzrə daşınansərnişinlərin sayı 6 milyon 895 min olub. Bu həcmin 51,2%-i xariciaviaşirkətlərin, 3 milyon 362 min sərnişin isə milliaviadaşıyıcının payına düşüb.
İl ərzində hava limanından 40 xarici aviaşirkət tərəfindən 75beynəlxalq istiqamət üzrə reyslər yerinə yetirilib. Ən çox seçilənistiqamətlər İstanbul, Tbilisi, Dubay, Ankara və Moskva olub.
Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu üzərindəntranzit daşınan sərnişinlərin sayı 974 mindən çox olub. Bu da2024-cü ildə qeydə alınan 750 min göstərici ilə müqayisədə təxminən30% artım deməkdir.