AZ

Azərbaycan və Uqanda arasında viza rejimi ilə bağlı saziş təsdiqlənib

Azərbaycan Respublikası ilə Uqanda Respublikası arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında saziş təsdiq edilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il oktyabrın 15-də Uqandanın paytaxtı Kampala şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” qüvvəyə minir.

Seçilən
141
1
teleqraf.com

10Mənbələr