AZ

Ötən il Bakı Naxçıvan istiqamətində uçuşların sayı 6% artıb

Bakı.Trend:

2025-ci ildə AZAL aviaşirkəti tərəfindən 4,16 milyon sərnişindaşınıb. Bakı - Naxçıvan istiqamətində isə sərnişinlərin sayı 735min təşkil edib.

Trend xəbərverir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuatxidməti məlumat yayıb.

Bildirilib ki, sərnişin dövriyyəsində 2%-lik artım qeydəalındığı halda bu marşrut üzrə icra olunan uçuşların sayı 6%artaraq 7 min 261 uçuşa çatıb.

Məlumatda qeyd edilib ki, 2025-ci il Azərbaycanın aviasiyatarixində mühüm strateji mərhələ kimi də yadda qalıb. İşğaldan azadedilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq aeroport – LaçınBeynəlxalq Hava Limanı istifadəyə verilib. Bu layihə regionunsosial-iqtisadi inkişafına, eləcə də ölkənin aviasiya xəritəsindəQarabağın mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.

Həmçinin bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu2025-ci ildə növbəti dəfə “Skytrax World Airport Awards”çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı hava limanı” adınalayiq görülərək regionun lider hava limanı statusunu bir dahatəsdiqləyib. Hava limanı, həmçinin “Airport Carbon Accreditation(ACA)” proqramı üzrə 3-cü səviyyə akkreditasiya əldə edib, “ACIWorld” tərəfindən həyata keçirilən “Airport Service Quality (ASQ)”proqramında iştirak etməyə başlayıb və “APEX in Safety”təhlükəsizlik qiymətləndirməsindən uğurla keçib.

Bu dövrdə “Azəraeronaviqasiya” Hava Hərəkatı İdarəsi (AZANS)beynəlxalq platformalarda mövqeyini əhəmiyyətli dərəcədəgücləndirib. Qurum CANSO ANSP Sammiti və “Airspace World 2025”tədbirində iştirak edib, Böyük Britaniyanın NATS təşkilatı iləstrateji əməkdaşlıq qurub, ICAO və digər aparıcı beynəlxalqANSP-lərlə tərəfdaşlıq əlaqələrini genişləndirib. AZANS, həmçinin“ATM Awards 2024” mükafatı çərçivəsində “Collaboration andCommunity” nominasiyası üzrə qalib elan olunub.

Beləliklə, 2025-ci ilin nəticələri Azərbaycanın aviasiyasektorunun beynəlxalq inteqrasiya, təhlükəsizlik və stratejiliderlik istiqamətində ardıcıl və sistemli şəkildə inkişaf etdiyinibir daha təsdiqləyir.

Məqalədə:
Seçilən
126
az.trend.az

1Mənbələr