AZ

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası təsdiq edilib

Bakı. Trend:

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan RespublikasınınMədəniyyət Konsepsiyası” təsdiq edilib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlıSərəncam imzalayıb.

Sənəd milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasirmədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli vədayanıqlı inkişafın təmin olunması məqsədilə imzalanıb.

Sərəcama əsasən, “Azərbaycan Mədəniyyəti – 2040” AzərbaycanRespublikasının Mədəniyyət Konsepsiyası” (bundan sonra – Konsepsiya)təsdiq edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsinihəyata keçirməli;

Konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədəildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatverməli;

Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqinivə qiymətləndirilməsini Azərbaycan Respublikası MədəniyyətNazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili vəKommunikasiya Mərkəzi həyata keçirəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanirəli gələn məsələləri həll etməlidir.

Seçilən
100
28
az.trend.az

10Mənbələr