AZ

Prezident İlham Əliyev iki sazişi təsdiqlədi

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

“Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu təsdiqləyib.

Qanuna əsasən, 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Həmçinin dövlət başçısının imzaladığı digər Qanuna əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Sözügedən saziş də 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
111
10
mia.az

10Mənbələr