QHT SEKTORUNUN 2025-ci İLDƏKİ UĞURLARI – TOP 10/6
10/6.QHT–biznes əməkdaşlığının yeni institusional əsaslarının yaradılması və əməkdaşlığın inkişaf etdirilməsi
❗ 2025-ci ildə QHT sektorunun tərəqqisini, əldə etdiyi nailiyyətləri əks etdirən nəticələr və təşəbbüslər haqqında məlumatları paylaşmaqda davam edirik.
2025-ci il Azərbaycan QHT sektoru üçün təkcə layihələrin sayı və coğrafiyası baxımından deyil, institusional keyfiyyət və tərəfdaşlıq mədəniyyəti baxımından da dönüş ili oldu. Bu dönüşün ən mühüm göstəricilərindən biri QHT–biznes əməkdaşlığının yeni institusional əsaslar üzərində formalaşması və sistemli inkişaf mərhələsinə keçməsi üçün yeni təşəbbüslərin edilməsi oldu.
Əgər əvvəlki illərdə QHT–biznes münasibətləri əsasən epizodik xeyriyyəçilik, qeyri-şəffaf KSM təşəbbüsləri və məhdud dairə ilə xarakterizə olunurdusa, 2025-ci ildə bu yanaşmanın strateji tərəfdaşlıq, dialoq, birgə planlama və institusional mexanizmlərlə əvəz olunmasına cəhdlər başladı.
QHT-lərin KSM siyasətlərində tərəfdaş kimi tanınması
📌 QHT–özəl sektor ekspert müzakirələrinin başlanması
İlk dəfə olaraq 25 aparıcı şirkət, banklar, biznes assosiasiyaları və QHT-lərin iştirakı ilə milli KSM təcrübəsinə həsr olunmuş ekspert müzakirələri və “Özəl sektorun KSM siyasətində QHT-lərin iştirakı: təcrübə və yanaşmalar” mövzusunda konfrans keçirilib. 20-21 noyabr 205-ci il tarixdə keçirilən QHT - özəl sektor ekspert müzakirələrində, 26 noyabr 2025-ci il tarixdə keçirilən konfransda korporativ sosial məsuliyyət (KSM) sahəsində qabaqcıl təcrübəyə malik 25 aparıcı şirkət, banklar, biznes assosasiyalar, Azərbaycan Milli QHT Forumu, Azərbaycan Sahibkarlar Konfederasiyasının, həmçinin QHT sektorundan müxətlif sahələr üzrə ixtisaslaşmış QHT təmsilçiləri iştirak edib. aparıcı şirkətlər, banklar, biznes assosiasiyaları və müxtəlif sahələr üzrə ixtisaslaşmış QHT nümayəndələri iştirak ediblər
QHT Agentliyinin dəstəklədiyi “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB-in icra etdiyi “Milli KSM təcrübəsinin inkişafında QHT-lərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Milli QHT Forumu ilə birlikdə aparıcı şirkətlərlə keçirilən müzakirələr tərəflərə bir-birini daha yaxşı anlamaq, gözləntiləri uzlaşdırmaq və əməkdaşlıq boşluqlarını müəyyən etmək imkanı yaratdı. Bu layihə çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilə keçirilən müzakirələr, onlayn konfranslar və ekspert dialoqları QHT–biznes əməkdaşlığının regional modelinin formalaşmasına təkan verdi. Türkiyə, Qazaxıstan, Özbəkistan təcrübələri açıq şəkildə göstərdi ki, QHT-lərin KSM təşəbbüslərində iştirakı artıq normaya çevrilib.
2025-ci ildə ilk dəfə olaraq şirkətlərin diqqətinə çatdırıldı ki, QHT-lər biznes üçün sadəcə “icraçı” və ya “xeyriyyə ünvanı” deyi. Onlar KSM strategiyasının formalaşdırılmasında ekspert, sosial mediator və ictimai ehtiyacların daşıyıcısı kimi qəbul olunmalıdır. Aparılan araşdırmalar göstərdi ki, biznesin sosial investisiyalarının effektivliyi məhz QHT-lərin bilik və sahə təcrübəsi ilə
📌 Alternativ maliyyə mexanizmlərinin gündəmə gətirilməsi
Gənc Mühasiblər İB tərəfindən 30 sentyabr 2025-ci il tarixində Bakıda, İBİS Oteldə kiçik və orta sahibkarların, dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının, maliyyəçi və mühasiblərin iştirakı ilə Forum keçirilib. Forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən icra olunun “Gələcəyə addım- Aztəminatlı ailələrə yeni imkanlar” layihəsi çərçivəsində təşkil edilib.
Forumda QHT-lərin alternativ maliyyə mənbələrinə çıxış imkanlarını araşdırmaq, dövlətin bu sahədə rolunu və qanunvericilik təşviqlərini müzakirə edilib. Biznes–QHT əməkdaşlığı üçün yeni istiqamətləri və ideyalarla əlaqədar fikir mübadiləsi aparılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Maliyyə Nazirliyi Dövlət Məşğulluq Agentliyi, ACCA və PaşaPay, Financial Chain Corporation və özəl sektor nümayəndələri çıxışlar edərək, öz fikirləri ilə bölüşüblər.
10 dekabr 2025-ci il tarixdə həmçinin Gənc Mühasiblər İB tərəfindən Dövlət-Özəl sektor-QHT Platforması çərçivəsində Forum keçirilib. Forumun əsas mövzularından biri mənfəətdən ödəniş mexanizminin təkmilləşdirilməsi, biznes tərəfindən birgə qrant müsabiqələri, KSM çərçivəsində QHT-lərə institusional dəstək, sosial layihələrdə birgə tenderlər keçirilməsi olub.
Bir daha QHT sektorunda aparılan islahatlar, həyata keçirilmiş qlobal miqyasda və yerli təcrübədə vacib layihələr özəl sektorun, dövlət orqanlarının diqqətinə çatdırılıb. QHT-lərin maliyyələşdirilməsinin şaxələndirilməsi üçün qanunvericilik və institusional islahatlarla əlaqədar təkliflər irəli sürülüb.
2025-ci il QHT sektorun üçün bizneslə münasibətlərə psixoloji baryerlərin aşılması, institusional dialoqun başlanması və strateji əməkdaşlıq mədəniyyətinin formalaşması təşəbbüsləri ilə də fərqləndi kimi yadda qaldı.
Qarşıdakı mərhələdə əsas vəzifə, QHT–biznes əməkdaşlığını hüquqi və fiskal mexanizmlərlə möhkəmləndirmək,şəffaflıq və hesabatlılıq standartlarını yüksəltmək,alternativ maliyyə mənbələrini real praktikaya çevirməkdir.