"Cənab Prezidentin bölgələrə səfərləri bir neçə xüsusiyyətə görə seçilir. Əvvəlcə qeyd etmək lazımdır ki, Prezidentimizin Qarabağ səfərləri çərçivəsində iştirak etdiyi açılışlarda infrastruktur layihələrinin təməlqoyma mərasimləri çox vacibdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, çünki gərgin və sıx iş trafikləri ilə xarakterizə olunan Qarabağdakı quruculuq işləri birbaşa ölkə başçısının şəxsi nəzarəti altında uğurla davam etdirilir: "Bundan əlavə, Prezident işğaldan azad edilmiş bölgələrə səfərlər edir, orada iştirak etmiş sakinlərlə görüşür, onların evlərini ziyarət edir, onlarla ünsiyyət qurur və bu görüşlərdən çox səmimi və ürəkaçan görüntülər alınır. Bütün bunlar Azərbaycanda ictimai rəydə Prezidentin güclü mövqeyini möhkəmləndirir və xalq, dövlət, vətəndaşların ən gözəl örnəklərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. İnsanlar arasında fikir mübadiləsi, dialoq zamanı Prezident hər zaman vətəndaşların düşüncələrini dinləyir, eyni zamanda vətəndaşlar da öz fikirlərini ona bildirirlər. Prezidentin işğaldan azad edilmiş bölgələrdə verdiyi mesajların önəmli əhəmiyyəti var. Burada Prezident həm daxili ictimaiyyətə, həm də geniş auditoriyaya vacib mesajlar verir. Regionda bərpa edilən şəhərlərin və onların sülh narrativlərinin əsaslandığını bir daha təsdiqləyir. Bu səbəbdən Prezidentin işğaldan azad edilmiş bölgələrə hər səfəri Azərbaycanın işğal prosesini bitirdikdən sonra necə çevik və effektiv şəkildə işğaldan sonra dağıdılmış bölgələri bərpa etdiyini dünyaya nümayiş etdirir. Azərbaycan qısa müddətdə həm işğaldan azad etməyi, həm də işğaldan sonra sürətli bərpa və quruculuq işlərini həyata keçirməyi model kimi göstərmiş olur".