Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədənarxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətintəkmilləşdirilməsi, mədəni irsə vurulmuş zərərlə bağlı beynəlxalqictimaiyyətin məlumatlılığının artırılması və dəymiş zərərinəvəzinin ödənilməsi məqsədilə tədbirlər görüləcək.
Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin müvafiqSərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040”Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksinitapıb.
Belə ki, 2026-2030-cu illərdə mövcud vəziyyətin təhlili,məlumatların sistemləşdirilməsi, tədbirlər planının hazırlanması vətəsdiqi, mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunmasıilə bağlı tədbirlərin həyata keçirilməsi və nəticələrin “e-culture”platformasına inteqrasiyası planlaşdırılır.