AZ

Yük daşımalarında infrastruktur problemləri və təhlükəsizlik riskləri hansılardır?

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycanda yükdaşımalar sahəsində əsas infrastruktur problemlərindən biri ehtiyat hissələri və xüsusilə təkərlə bağlıdır. Bu gün daşıyıcılar yükdaşımaların rentabelliyinin aşağı olmasından şikayət edirlər. Qiymətlər çox ucuzdur, bazarda rəqabət isə yüksəkdir. Buna baxmayaraq, yük həcmi mövcuddur.

Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib.

Onun sözlərinə görə, xarici şirkətlərin yerli bazara daxil olması vətəndaşlar arasında tam məmnunluq yaratmır və müəyyən narahatlıqlara səbəb olur.

“Bu şəraitdə yerli daşıyıcıların daha rəqabətqabiliyyətli olması zəruridir. Təhlükəsizlik məsələsinə gəldikdə isə, əsas diqqət məsafə və yol təhlükəsizliyinə yönəlməlidir. Burada həm yükün, həm də yolun risk qrupuna daxil olub-olmaması mühüm rol oynayır. Azərbaycan üzərindən yükdaşımalar əsasən Mərkəzi Asiya ölkələri, “Şimal-Cənub” dəhlizi çərçivəsində Rusiya və İran istiqamətində, eləcə də Gürcüstan üzərindən Türkiyəyə həyata keçirilir. Türkiyə vasitəsilə isə yüklər digər Avropa ölkələrinə tranzit olaraq daşınır”, - deyə ekspert vurğulayıb.

Seçilən
90
azertag.az

1Mənbələr