AZ

Mədəni və yaradıcı sənayenin Ümumi Daxili Məhsulda payı üzrə göstəricilər məlum olub

Bakı. Trend:

Mədəni və yaradıcı sənayenin (MYS) iqtisadi və sosialtəsirlərinin qiymətləndirilməsi və Ümumi Daxili Məhsulda (ÜDM)payının ölçülməsi üçün beynəlxalq praktikaya uyğun metodologiyamüasir təmayüllərdəndir.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin müvafiqSərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040”Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksinitapıb.

Bildirilib ki, Azərbaycanda hazırda bu sahədə metodoloji işlərdavam etdirilir.

İlkin hesablamalara əsasən, MYS-nin ÜDM-dəki payı 2018-ci ildə0,6 faiz, 2019-cu ildə 0,8 faiz, 2020-ci ildə 0,9 faiz, 2021-ciildə 0,69 faiz, 2022-ci ildə 0,6 faiz, 2023-cü ildə 0,72 faiz,2024-cü ildə isə 0,8 faiz təşkil edib.

MYS-nin qeyri-neft sektorunda payı 2021-ci il (1,1 faiz) iləmüqayisədə artaraq, 1,2 faiz təşkil edib.

2024-cü ildə MYS-nin ölkənin mal ixracında payı 2022-ci illəmüqayisədə 2,5 dəfə artıb.

MYS subyektlərinin ümumi sayı və MYS ilə məşğul olan hüquqişəxslərin sayı 2022-ci illə müqayisədə artıb.

Seçilən
41
2
az.trend.az

3Mənbələr