Bakı. Trend:
Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel AzərbaycanRespublikası Prezidentinin Xarici Siyasət üzrə Köməkçisi HikmətHacıyevlə görüş keçirib. Tərəflər ötən il ərzində ikitərəfliəməkdaşlığın yekunlarını nəzərdən keçirib və yaxın perspektiv üçünplanları müzakirə ediblər.
Trend bu barədəsəfirliyə istinadən xəbər verir.
Alim Bayel qarşılıqlı səfərlərin yüksək dinamikasınıəməkdaşlığın intensivliyinin mühüm göstəricisi kimi qeyd edib. Sonüç il ərzində Qazaxıstan Prezidenti K. Tokayev Azərbaycana altıdəfə səfər edib, Azərbaycan Prezidenti İlham Əliyev isəQazaxıstanda beş dəfə səfərdə olub.
Qeyd olunub ki, 8 avqust 2025-ci il tarixində Azərbaycan vəErmənistan arasında uzun illər davam edən münaqişəyə son qoyulub.Sülh yolu ilə nizamlanmaya dair tarixi Bəyannamə imzalanıb.Qazaxıstan da sülh prosesinə öz töhfəsini verərək 2024-cü ildəAzərbaycan–Ermənistan danışıqları üçün platforma təqdim edib. Rəmzivə praktiki əhəmiyyət daşıyan fakt ondan ibarətdir ki, 30 ilərzində ilk dəfə Azərbaycan ərazisindən Ermənistana buraxılan yükməhz Qazaxıstan buğdası olub. Tərəflər kommunikasiyaların bundansonra da açılmasının vacibliyini qeyd ediblər.
2025-ci ilin əhəmiyyətli hadisələrindən biri AzərbaycanınMərkəzi Asiya liderlərinin zirvə görüşləri formatına tamhüquqluşəkildə qoşulması olub. Qazaxıstan bu prosesə hərtərəfli dəstəkgöstərib. Qazaxıstanın lideri Kasım-Jomart Tokayev Azərbaycanmətbuatına verdiyi şərhdə Azərbaycanın C5 + ABŞ formatındaiştirakını görməkdən məmnun olacağını bildirib.
Tərəflər birgə investisiya fondunun imkanlarından istifadəetməklə iqtisadi və sənaye kooperasiyasının gücləndirilməsininzəruriliyini, nəqliyyat-logistika və enerji əməkdaşlığının bundansonra da inkişaf etməsinin vacibliyini vurğulayıblar. Həmçininbeynəlxalq və regional gündəliyə dair məsələlər müzakirə edilib.Qazaxıstanın və Azərbaycanın Avrasiya məkanında yeni geosiyasi vəgeoiqtisadi arxitekturanın formalaşdırılmasında birlikdə fəaliştirak etməsi qeyd olunub.