Aİ Monitorinq Missiyasının Ermənistanda olması artıq sülh gündəliyinin irəliləməsinə töhfə verib və daha görünən, konkret nəticələr verib.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos bildirib.
O qeyd edib ki, Ermənistandakı Monitorinq Missiyası həm siyasi, həm də humanitar təhlükəsizliyə praktik dəstək göstərməklə regional sülhü möhkəmləndirməyi və münasibətləri normallaşdırmağı hədəfləyir.
Maraqos Ermənistanın Avropa Sülh Mexanizmində iştirakını əhəmiyyətli bir nailiyyət adlandırıb. O, Ermənistan Silahlı Qüvvələri üçün tədarükün daxil olduğu ilk tədbirin artıq razılaşdırıldığını və həyata keçirildiyini qeyd edib.
Telegram kanalımız